Sinqapur Milli Universiteti yanında Yaxın Şərq Tədqiqat İnstitutu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu ölkədəki səfirliyi ilə birgə oktyabrın 22-də “BƏƏ-dən Azərbaycana: COP29-un gözləntiləri və çağırışları” adlı onlayn vebinar keçirəcək.
“İki sahil” xəbər verir ki, vebinar noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində keçirilir.
Tədbirdə 2023-cü ildə Dubayda baş tutan COP28-in əsas nəticələri, COP29 üçün gözləntilər, iqlim maliyyəsi və qalıq yanacaqdan imtina ilə bağlı konsensusun əldə edilməsi imkanları müzakirə olunacaq.
Vebinarın məruzəçilərinə Sinqapur Ticarət və Sənaye Nazirliyinin nümayəndəsi Piter Qovindasami, COP28 komitəsinin nümayəndəsi Tureyya Alali və Sinqapur Milli Universiteti yanında Yaxın Şərq Tədqiqat İnstitutunun əməkdaşı (moderator) Ayşa Al-Sarihi daxildir.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək