13 noyabr 2017 16:16
545

Azərbaycanın qeyri-neft sənayesi 7,8 faiz artacaq

Azərbaycanın qeyri-neft sənayesi 2018-ci ildə 7,8 faiz artacaq.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, gələn il aqrar sektorun artımı 6,2 faiz olacaq: "Aqrar sektor növbəti 3 ildə orta hesabla hər il 6 faiz artacaq".