Noyabrın 13-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 173 min 846,71 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən iki gündə 1275,26 ton pambıq tədarük olunub.
Qeyd edək ki, cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib.