16 oktyabr 2024 13:00
261

Gənclər və İdman Nazirliyi “Sağlam həyat” layihəsi çərçivəsində Daşkəsəndə tədbir keçirib- FOTO

Gənclər və İdman Nazirliyi tərəfindən bölgələrdə keçirilən səyyar “Sağlam həyat” layihəsi çərçivəsində səyyar idman avtomobili Daşkəsən şəhərində olub.

Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, oktyabrın 15-də Daşkəsən şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında baş tutan tədbirə qoşulan idman həvəskarları öz yaş qrupları üzrə müxtəlif idman normativlərini yerinə yetirərək, fiziki bacarıqlarını sınayıblar.

Qaliblər müvafiq sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, layihə çərçivəsində "Sağlam həyat" avtomobili ölkənin digər bölgələrinə də istiqamət alacaq.