Rusiyanın Ukraynaya endirdiyi zərbələrə cavab olaraq bu ölkənin Avropa İttifaqındakı (Aİ) səfiri çağırılacaq, Aİ-yə isə Rusiya hərbi-sənaye kompleksinə qarşı yeni sanksiyalar tətbiq etmək təklif olunacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun sözlərinə görə, Rusiyanın Kiyevə və Ukraynanın digər regionlarına endirdiyi zərbələr dinc əhali arasında itkilərə təsadüfən yox, qəsdən səbəb olur:
"Latviyanın Slavyanskdakı fəxri konsulluğuna endirilən zərbə Moskvanın beynəlxalq hüquqa məhəl qoymadığını vurğulayır. Latviyaya dəstəyimiz tamdır. Bugünkü zərbələrə cavab olaraq biz Rusiyanın Aİ-dəki səfirini çağıracağıq və mən siyahılara Rusiya hərbi-sənaye kompleksinə qarşı yönəlmiş yeni tədbirlərin daxil edilməsini təklif edəcəyəm".
Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib
Albaniya Rusiyanın Ukraynada Latviyanın fəxri konsulluğunu hədəf almasını qınayıb