20 oktyabr 2024 00:20
253

"Yuventus"dan Poqba qərarı

"Yuventus"un idman direktoru Kristiano Qvintoli futbolçusu Pol Poqa ilə bağlı verilən qərarı açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 52 yaşlı mütəxəssis deyib: "Poqba möhtəşəm futbolçu olub, amma indi bizim digər planlarımız var. Biz digər futbolçuları maaliyyələşdirmişik və komandamız artıq tamdır". 

Poqbanın İtalya klubunu azad agent statusunda tərk edəcəyi də qeyd olunur. 

Xatırladaq ki, Pol Poqba ötən il dopinqə görə futboldan 4 illik diskvalifikasiya olunmuşdu. Lakin bu il məhkəmə onun cəza müddətini 4 ildən 18 aya azaltdı. Beləliklə, o, artıq mart ayından etibarən yaşıl meydanlara qayıda bilər.