İspaniyanın "Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti La Liqada 200 oyun keçirən ilk italiyalı mütəxəssis olub.
“İki sahil” xəbər verir ki, 65 yaşlı çalışdırıcı buna ölkə çempionatının X turunun "Selta" ilə görüşündə nail olub. Eyni zamanda o, "Kral klubu"nun sabiq baş məşqçisi Migel Munosdan sonra (424 oyun) Madrid təmsilçisini ən çox görüşə çıxaran ikinci mütəxəssis kimi tarixə düşüb.
Qeyd edək ki, "Real" La Liqada 24 xalla ikinci sırada yer alıb.