20 oktyabr 2024 21:51
230

Ərəblər Mançinidən narazıdır

Roberto Mançini Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi vəzifəsini tərk etməyə yaxındır.

“İki sahil” İdman.biz-ə istinadən xəbər verir ki, ərəblər italiyalı mütəxəssisin işindən narazıdır və müqavilənin xitamı istiqamətində danışıqlar gedir. İtaliya mətbuatı Mançininin 25-30 milyon avro kompensasiya alacağını yazıb. Onun Səudiyyə Ərəbistanı federasiyası ilə 2026-cı ilə kimi müqaviləsi var.

Qeyd edək ki, ərəblər DÇ-nin seçmə mərhələsində 4 oyundan sonra 5 xal toplayıblar. Son iki görüşdə öz meydanında Yaponiya (0:2) və Bəhreyni (0:0) məğlub edə bilməyən komanda qrupda 3-cü pillədə qərarlaşıb.