"Barselona"nın vingeri Lamin Yamal Messinin 10 il əvvəlki uğurunu təkrarlayıb.
“İki sahil” xəbər verir ki, 17 yaşlı hücumçu buna La Liqanın 10-cu turunda "Sevilya" ilə matçda 2 qol ötürməsi verməklə nail olub. Nəticədə o, cari mövsümdə yerli çempionatda qol ötürmələrin sayını 6-ya çatdırıb. Bununla da Yamal Messinin 10 il əvvəl "Barselona"nın heyətində imza atdığı uğuru təkrarlayıb.
2014/15 mövsümündə argentinalı forvard da La Liqanın ilk 10 turu ərzində 6 qol ötürməsi etmişdi.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Lamin Yamal 2023-cü ilin aprelində 15 yaş 9 aylığında əsas komandada debüt edib. O, bu yay İspaniya millisi ilə Avro-2024-ün qalibi də olub. "Transfermarkt" futbol analitika portalı Laminin transfer dəyərini 150 milyon avro olaraq qiymətləndirir.