21 oktyabr 2024 19:58
233

Mert Günok zədə səbəbindən qarşıdakı iki oyunda iştirak etməyəcək

Türkiyənin "Beşiktaş" kollektivinin qapıçısı Mert Günok zədə səbəbindən qarşıdakı iki oyunu buraxacaq.

“İki sahil” klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Türkiyə millisinin qolkiperi ötən gün Superliqanın IX turunda "Konyaspor"a qarşı keçirilən matçda sol çiynindən zədə alıb.

O, oktyabrın 24-də UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Lyon"a (Fransa) qarşı və 4 gün sonra Superliqada "Qalatasaray"la matçı buraxmalı olacaq.

Qeyd edək ki, M.Günok cari mövsüm "Beşiktaş"ın heyətində 12 görüşdə meydana çıxıb və qapısında 5 qol görüb. 5 qarşılaşmada isə çərçivəni toxunulmaz saxlayıb.