22 oktyabr 2024 10:27
71

Altıqat İspaniya çempionu son 67 ildə ən pis göstəricisinə imza atıb

"Valensiya" klubu İspaniya La Liqasında son 67 ildə ən pis göstəricisinə imza atıb.

“İki sahil” xəbər verir ki, bu, komandanın X turda evdə "Las Palmas"a uduzması (2:3) sayəsində reallaşıb.

"Yarasalar" hazırda 6 xalla sonuncu pillədə qərarlaşıb. Bu, altıqat ölkə çempionunun son 67 ildə ən pis göstəricisidir.

"Valensiya" 1957/1958 mövsümündə 10 turda 5 xal toplaya bilmişdi.