22 oktyabr 2024 10:39
78

"Bayer 04" klubu baş məşqçisinin mümkün gedişinə hazırlaşır

Almaniyanın "Bayer 04" klubu baş məşqçisi Xabi Alonsonun mövsümün sonunda mümkün gedişinə hazırlaşır.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi artıq bir neçə mütəxəssisin namizədliyini nəzərdən keçirir.

Bunlar "Ştutqart"ın baş məşqçisi Sebastyan Höness və Almaniya millisində Yulian Naqelsmanın köməkçisi Sandro Vaqnerdir.

X.Alonso ilə İspaniyanın "Real" və İngiltərənin "Mançester Siti" klubları yaxından maraqlanır.