22 oktyabr 2024 12:10
179

Françesko Totti ilə A Seriyası klubları maraqlanıb

İtaliya millisinin və "Roma"nın keçmiş hücumçusu Françesko Totti ilə A Seriyası komandaları maraqlanıb.

"İki sahil" "Calcio e Finanza"ya istinadən xəbər verir ki, bu barədə 48 yaşlı veteran futbolçu özü bildirib.

O, qısa müddətdə futbol oynamağa hazır ola biləcəyini vurğulayıb:

"Son vaxtlar bəzi A Seriyası klubları mənimlə maraqlanırdı. Bu, bir ay əvvəl baş verib və məni həm narahat etdi, həm də çılğına çevirdi. Özümə "niyə bu qədər ildən sonra mən hələ də onlar üçün maraqlıyam", - deyə sual verdim. Bir neçə aydan sonra futbol oynamağa hazır olardım".

Qeyd edək ki, F.Totti bütün karyerasını "Roma" klubunda keçirib. 1993-cü ildən 2017-ci ilə qədər çıxış etdiyi paytaxt təmsilçisində bu müddət ərzində 785 qarşılaşmada iştirak etmiş sabiq hücumçu 307 qol və 207 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu adını da qazanıb.