22 oktyabr 2024 13:08
79

"Azərbaycan Dəmir Yolları" biznes plan üzərində işləyir

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2025-2027-ci illəri əhatə edən biznes plan üzərində işləyir.

“İki sahil” xəbər verir ki, bunu səhmdar cəmiyyətin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri vəzifəsini icra edən Orxan Əhmədzadə Bakıda keçirilən “Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar” adlı tədbirdə bildirib.

"Ümid edirik ki, biznes plan bu ilin sonuna qədər təsdiqlənəcək. ADY-nin kooperativ inkişaf strategiyası çərçivəsində 36 təşəbbüs var, biznes plan bu təşəbbüslər çərçivəsində hazırlanır",- deyə o qeyd edib.

ADY rəsmisinin sözlərinə görə, təşəbbüslər qurumun qısa, orta və uzunmüddətli baxışını əhatə edir: "Burada dəmir yollarında alternativ enerji mənbələrindən istifadə kimi məsələlər də var".