22 oktyabr 2024 15:21
74

Dövlət Xidməti: Təbii inhisar subyektləri ilə bağlı müraciətlərin sayı 50 % artıb

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təbii inhisar subyektləri ilə bağlı daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 50 % çox olub.

"İki sahil" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

"İstehlakçıların təbii inhisar subyektləri ilə münasibətdə Rəqabət Məcəlləsində təsbit edilmiş tələblərdən irəli gələn hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir. 2024-cü ilin 9 ayımda təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrünə nəzərən 50 %-ə qədər artım qeydə alınıb. Bəhs edilən dövrdə baxılmış istehlakçı müraciətlərinin 21 %-i təmin edilib", - deyə məlumatda qeyd olunub.