22 oktyabr 2024 13:17
79

Buryatiyada 100-dən çox məktəb tamamilə buryat dilində tədrisə keçəcək

Rusiya Federasiyasının subyektlərindən biri olan Buryatiya respublikasının rəhbəri Aleksey Tsydenov bildirib ki, o, buryat dilinin tədrisi üçün materialların və vasitələrin rəqəmsallaşdırılmasını dərinləşdirmək barədə qərar qəbul edib. Bununla bağlı eksperiment aparılacaq: 100-dən çox məktəb məktəb fənlərinin tamamilə buryat dilində tədrisinə köçürüləcək.

“İki sahil” xəbər verir ki, bu haqda “Kommersant” məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu, o deməkdir ki, bütün dərsliklər buryat dilinə tərcümə olunmalıdır. Bu da böyük maliyyə tələb edir. Ona görə də birinci sinif üçün dörd dərsliyin tərcüməsi həyata keçiriləcək: riyaziyyat, ətraf mühit, texnologiya və musiqi. Tədricən, bir neçə il ərzində bu ibtidai və orta məktəbin bütün fənlərində buryat dilində tədrisini əhatə edəcək. Eyni zamanda, müəllimlərin yenidən hazırlanması və ixtisaslarının artırılmasına başlanacaq.

Buryatiyanın təhsil və elm naziri Valeri Pozdnyakov, eksperimentin “buryat dilinin ana dili kimi öyrənildiyi” 106 məktəbi əhatə edəcəyini açıqlayıb. 2025-ci il ərzində tədris-metodiki komplekslər buryat dilinə tərcümə olunacaq və bununla paralel olaraq “ibtidai sinif müəllimlərinin hazırlığı həyata keçiriləcək”. Nazir onu da qeyd edir ki, bütün fənlərin ana dilində tədrisi Tatarıstan, Yakutiya və digər respublikalarda tətbiq olunur.