22 oktyabr 2024 14:16
84

Messi TOP-10-a düşmədi

Goal.com PSJ-nin 21-ci əsrdəki ən yaxşı futbolçularının siyahısını açıqlayıb.

“İki sahil” xəbər verir ki, sıralamaya fransalı hücumçu Kilian Mbappe liderlik edir. 

İkinci yerdə isveçli Zlatan İbrahimoviç qərarlaşıb. Üçüncü pillədə isə braziliyalı Neymardır. Maraqlıdır ki, "10-luq"da argentinalı forvard, dünya çempionu Lionel Messi yoxdur. O, 23-cüdür.

Goal.com-a görə PSJ-nin ən yaxşı 10 futbolçusu:

1. Kilian Mbappe (Fransa)

2. Zlatan İbrahimoviç (İsveç)

3. Neymar (Braziliya)

4. Edinson Kavani (Uruqvay)

5. Tiaqo Silva (Braziliya)

6. Markinyos (Braziliya)

7. Pedro Pauleta (Portuqaliya)

8. Marko Verratti (İtaliya)

9. Anxel Di Maria (Argentina)

10. Blez Matyuidi (Fransa)