22 oktyabr 2024 17:10
78

Astarada oğluna ov tüfəngi ilə xəsarət yetirən ata tutulub

Astarada oğluna xəsarət yetirən ata saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “İki sahil”ə bildirilib ki, şəxsi münasibətlər zəminində oğlu Tural Hüseynova ov silahı ilə xəsarət yetirməkdə şübhəli bilinən Ağaşir Hüseynov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə iki gün bundan əvvəl Astarada baş vermişdi. Sitrus bağları üstündə düşən mübahisə zəminində ata Ağaşir Hüseynov oğlu Tural Hüseynova ov tüfəngi ilə atəş açaraq ona xəsarət yetirmişdi.