22 oktyabr 2024 17:42
87

Rusiya qırıcısı Kazan səmasında Si Cinpini müşayiət edib - FOTOLAR

Kazan yaxınlığında Çin prezidenti Si Cinpinin təyyarəsini rus qırıcısı müşayiət edib.

“İki sahil” xəbər verir ki,  bu haqda “Sinxua” agentliyi xəbər yayıb.

Çin Xalq Respublikasının sədri BRİKS sammitində iştirak etmək üçün Kazana gəlib.

Kazan beynəlxalq hava limanında Si Cinpini Tatarıstanın rəhbəri Rüstəm Minnixanov qarşılayıb. Çin Xalq Respublikasının sədri digər xarici dövlətlərin rəhbərləri kimi hava limanına gələrkən çak-çak və çörəklə qarşılanıb.

Sammit çərçivəsində Çin prezidentinin Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.