23 oktyabr 2024 00:03
94

“Hizbullah” İsraildəki hərbi bazaya zərbə endirib

“Hizbullah” hərəkatı İsrail hərbi bazasına hücum edib.

“İki sahil” xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Hayfa şəhərinin cənubunda yerləşən Elyakim bazasına hücum olunub.

Zərbəni kamikadze dronları həyata keçirib.

Məlumata görə, döyüşçülər bütün hədəfləri vurmağa müvəffəq olublar.