22 oktyabr 2024 17:55
106

ABŞ Yəmənin Hudeyda limanına QOŞUN YERİDƏ BİLƏR

Yəməndəki husilər hərəkatı Vaşinqtonu ölkənin mərkəzi hökumətinin nəzarətindən kənarda yerləşən strateji liman olan “Hudeydəni işğal etmək” planı hazırlamaqda ittiham edib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, husilərin fikrincə, bu yolla ABŞ Qırmızı dənizdən İsrailə edilən hücumları dayandırmaq istəyir.

Bu ilin yanvarında husiləri zəiflətmək üçün ABŞ-Britaniya əməliyyatı başlayandan sonra Pentaqonun Yəmənin cənubuna qoşun yeritmək niyyətində olduğu bildirilirdi. Ancaq indi ABŞ diqqətini husilərin yeraltı obyektlərini bombalamağa yönəldib.

Husilərin “xarici işlər naziri” Camal Amer ABŞ-ın Hudeydəni işğal etmək planını hazırladığını söyləyib. O, belə bir məlumat üçün mənbə göstərməyib. “Əgər onlar ehtiyatsız hərəkət etsələr, Vyetnam cəhənnəmi onlar üçün sadəcə parkda gəzinti olacaq”, – deyə, “nazir” X sosial şəbəkə hesabında yazıb.