23 oktyabr 2024 10:33
211

UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası ilk matçına çıxacaq

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ilk matçına çıxacaq.

“İki sahil” xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv İsveçrənin "Bazel" klubu ilə qarşılaşacaq.

Bazel şəhərindəki "St. Yakob Park" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA Gənclər Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 oktyabr

21:00. "Bazel" (İsveçrə) - "Sabah"

Baş hakim: Patrik Kolariç (Xorvatiya).

Qeyd edək ki, komandalar arasında noyabrın 6-da Bakıda baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.