23 oktyabr 2024 13:47
86

Azərbaycanlı hakim FIBA-dan növbəti təyinat alıb

Azərbaycanlı hakim Ələkbər Həsənov FIBA-dan növbəti təyinat alıb.

Basketbol Federasiyasından "İki sahil"ə verilən məlumata görə, o, qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin (EuroBasket 2025) D qrupunun Estoniya - Danimarka oyununda hakimlər briqadasında yer alacaq.

Ə.Həsənov noyabrın 10-da Tallin şəhərində keçiriləcək matçın baş hakim olacaq.