24 oktyabr 2024 15:44
220

Gimnaziadada iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub

Bəhreynin paytaxtı Manamada keçiriləcək Gimnaziadada iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, ölkəmiz yarışda 14 idmançı ilə təmsil olunacaq.

Millinin heyətində oğlanlar arasında Mehdi Budaqlı (45 kq), Kənan Əliyev (48 kq), Bahadur Dostuyev (51 kq), Ülvi Abdullayev (55 kq), Aydın Süleymanov (59 kq), Əbdülsübhan Dadaşlı (63 kq), Bilal Enis Turan (68 kq), Elcan Əliyev (78 kq), Allahverdi Məmmədov (+78 kq) qalib adı uğrunda yarışacaqlar.

Qızların mübarizəsində isə Gülü Zamanlı (42 kq), Xuraman Cavadzadə (44 kq), Nilufer Borji (49 kq), Seyidxanım Məmmədova (52 kq) və Sehri Cəlalova (55 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.

Beynəlxalq dərəcəli referi Gündüz Abdullayev ölkəmizi hakim kimi təmsil edəcək.

Qeyd edək ki, taekvondo üzrə yarışlar 27, 28 və 30 oktyabr tarixlərində keçiriləcək. 71 ölkənin iştirak edəcəyi yarışda Azərbaycan 16 idman növündə 18 yaşadək 160 idmançı ilə təmsil olunacaq.