24 oktyabr 2024 18:45
250

“Atletiko” “Lill”lə oyunda yaşanan epizoda görə UEFA-ya şikayət edib

İspaniyanın “Atletiko” (Madrid) komandası Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Lill"lə (Fransa) keçirilmiş oyunda hakimlik məsələsi ilə bağlı UEFA-ya şikayət edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

İspaniya təmsilçisi qarşılaşmanın 74-cü dəqiqəsində italiyalı hakim Marko Quidanın Madrid təmsilçisinin qapısına təyin etdiyi penalti qərarının doğru olmadığını, eləcə də həmin epizoda VAR-ın müdaxilə etməməsini anlaşılmaz mövqe olaraq adlandırıb.

Bu vəziyyətə görə “Atletiko” UEFA-ya hakimliklə bağlı rəsmi şikayət göndərib.

Qeyd edək ki, görüş “Lill”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.