25 oktyabr 2024 10:05
194

Azərbaycan millisi bu gün Bakıda Portuqaliya ilə qarşılaşacaq

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının pley-off mərhələsində bu gün Bakıda Portuqaliya ilə qarşılaşacaq.

“İki sahil” xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma rəqibini “Liv Bona Dea Arena”da sınağa çəkəcək.

Qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Avropa çempionatı

Pley-off mərhələsi, ilk oyun

25 oktyabr

16:00. Azərbaycan – Portuqaliya

Hakimlər: Fabyenn Mişel, Melissa Cus (Almaniya), Amina Sara Quçi (Avstraliya), Karolin Uoker (Almaniya).

"Liv Bona Dea Arena".

Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 29-da Portuqaliyada baş tutacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.