Bir ay çörək yeməyi dayandırsanız, orqanizminizə nə olacaq? Çörək yeməkdən uzaq durmaq sağlamlıqdırmı? Bunun nəticələri nələrdir? Çörək yeməkdən çəkinmək lazımdırmı?
Bu suallara cavab vermək üçün ilk növbədə çörəyin qida dəyərini bilməliyik. Çörəyin tərkibində kalorilər, vitaminlər, minerallar, zülallar, amin turşuları, karbohidratlar, yağ turşuları və yağlar var.
Bir ay çörək yeməyi dayandırsanız aşağıdakı hallar baş verə bilər:
Çəki itirmək
Bəlkə də tez hiss edəcəyiniz ilk müşahidə, bədənə axan kalori və karbohidratların miqdarının azalması və bununla da bədən daxilində yığılmış suyun daha çox itkisi nəticəsində çəki itirməkdir. Bədənin karbohidrat istehlakı azaldıqda, o, karbohidratlardan toplanaraq qaraciyərdə və əzələlərdə qlikogen şəklində yığılan enerjini yandırmağa başlayır. Bu, su və kilo itkisinə səbəb olur.
Daha aydın desək, əzələlərdə yığılan hər qram qlikogen 3 qram su ilə əlaqələndirilir və buna görə də bu suyu itirmək sağlam çəki itkisi deyil, əksinə sağlamlığa mənfi təsirləri ola bilər.
İştahın azalması
Elmi olaraq xüsusilə ağ çörəyin tərkibində olan rəfinə karbohidratlar qanda şəkərin səviyyəsinin birbaşa artmasına səbəb olur və buna reaksiya olaraq sağlam orqanizm avtomatik olaraq insulin ifraz edərək onu tez bir zamanda azaltmağa çalışır və bu, birbaşa iştaha təsir edir.
Ümumi zəiflik hissi
Bəzi çörək növlərində olan bütün taxıllar bədəni enerji ilə təmin edən enerji və maqnezium, B vitamini və karbohidratlar kimi enerji səviyyəsini qorumaq üçün vacib olan vitamin və mineral mənbəyi hesab olunur. Bu əsas elementlərin hər hansı birinin azalması bədəndə aşağı enerji, zəiflik və yorğunluq hissi ilə özünü büruzə verir.
Məşq etmək qabiliyyətinin azalması
Əvvəlki bənddə qeyd etdiyimiz kimi orqanizm enerji ilə təmin ediləcək əsas materiallarla az təmin olunduğundan insan süstlüyə meyilli olur və yüksək səy və ya konsentrasiyanın artmasını tələb edən idmanla məşğul ola bilmir.
Qəbizlik
Müxtəlif növ çörəklərin tərkibindəki liflər bağırsaq hərəkətinin sağlamlığında və təhlükəsizliyində mühüm rol oynayır. Çünki onlar qidanın həzm sisteminə, xüsusən də yoğun bağırsaqlara itələnməsinə kömək edir və bu, defekasiya prosesini asanlaşdırır.
Əhval effekti
Digər tərəfdən, karbohidratlar əhvalın yaxşılaşmasına kömək edən hormon olan serotonini artırır.
Yüksək ketonlar
Karbohidratlar orqanizmdə əsas enerji mənbəyi olduğundan onlar itirildikdə orqanizm piyləri parçalayır və ketonlar əmələ gətirir və nəticədə ağız qoxusu, ağızda quruluq, başgicəllənmə, yuxusuzluq, dağınıq düşüncə, ürəkbulanma kimi mənfi hallar yarana bilər.
Beləliklə, çörək yeməyi dayandırmaq çağırışları düzgündürmü?
Bu sualın cavabı genişdir və sağlamlıq vəziyyətinizdən asılı olaraq şəxsi həkiminizdən başqa heç kim cavab verə bilməz. Lakin orqanizmi qida ehtiyacı ilə təmin edən zəngin tam taxıllı çörək növlərinə müraciət etmək hər kəs üçün daha faydalı hesab edilir.
Nubar Süleymanova, “İki sahil”