Noyabr ayı ərzində ardıcıl altı gün qeyri-iş günü olacaq.
“İki sahil” xatırladır ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü iş günü hesab edilməyən bayram günləridir.
Bu il noyabrın 9-u şənbə gününə təsadüf etdiyi üçün, Əmək Məcəlləsinə uyğun olaraq, növbəti həftənin bazar ertəsi, yəni 11 noyabr qeyri-iş günü olacaq.
Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar ardıcıl altı gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.
Eləcə də noyabrın 2-3-ü, 16-17-si, 23-24-ü və 30-u da müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf edir.