30 oktyabr 2024 23:42
219

İranda banka silahlı basqın

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində iki silahlı motosikletçi Milli Bankın yerli şöbəsinə hücum edib.

“İki sahil” xəbər verir ki, bu barədə İranın yerli mediası məlumat yayıb.

Bankın mühafizəçisi ilə silahlı soyğunçular arasında atışma zamanı iki mülki şəxs yaralanıb.

Soyğunçuların hadisə yerindən qaçdığı, özləri ilə yalnız 15 milyon tümən (250 dollar) apara bildikləri qeyd olunub.