06 noyabr 2024 14:51
196

Telegramı 4 milyon rubla yaxın cərimə gözləyir

Telegram qadağan olunmuş məlumatları silmədiyinə görə yenidən inzibati məsuliyyətə cəlb edilib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, məhkəmə iclası dekabrın 30-na təyin edilib.

Moskvanın Taqanski Məhkəməsinin məlumatında qeyd edildiyi kimi şəbəkəni  daha 4 milyon rubla qədər cərimə gözləyir.

Məhkəmə söhbətin hansı məlumatdan getdiyini açıqlamayıb.