06 noyabr 2024 20:02
209

“Taliban” ABŞ ilə münasibətlərin normallaşacağına ümid edir

Əfqanıstana nəzarət edən “Taliban” hərəkatı Donald Trampın prezidentliyi dövründə ABŞ ilə münasibətləri inkişaf etdirmək istəyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

“Ümid edirik ki, Əfqanıstan və ABŞ qarşılıqlı fəaliyyətə əsaslanan ikitərəfli münasibətlərin yeni səhifəsini aça biləcəklər”, - agentlik ölkənin Xarici İşlər Nazirliyinin bəyanatından çıxarış verib.

Bundan əlavə, “Taliban” Tramp administrasiyasının iki ölkə arasında münasibətlərdə irəliləyişə yönəlmiş addımlar atacağına ümid etdiyini bildirib.