Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində IV tur matçına çıxacaq.
“İki sahil” xəbər verir ki, Ağdam klubu səfərdə Norveç təmsilçisi “Bodo Qlimt” ilə qarşılaşacaq.
“Aspmira” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Matçı Portuqaliyadan olan hakimlər idarə edəcəklər.
Avropa Liqası, Liqa mərhələsi, IV tur
21:45. “Bodo Qlimt” (Norveç) - “Qarabağ” (Azərbaycan)
Hakimlər: Luiş Qodinyu, Ruy Teyşeyra, Pedro Almeida, Andre Narsişu (Portuqaliya)
Xatırladaq ki, Qurban Qurbanovun komandası 1-ci turda “Tottenhem”ə (0:3), 2-ci turda “Malmö”yə (1:2), 3-cü turda isə “Ayaks”a (0:3) məğlub olub.
***
Komandaların start heyətləri açıqlanıb.
“Qarabağ”: Mateuş Koxalski, Abbas Hüseynov, Kevin Medina, Bədavi Hüseynov, Toral Bayramov, Yankoviç, Patrik Andrade, Kaşuk, Zubir, Addai, Olaviyo Juninyo
Ehtiyat heyət: Sadiq Məmmədzadə, Buntiç, Mateua Silva, Benzia, Bəhlul Mustafazadə, Leandro Andrade, Riçard Almeyda, Musa Qurbanlı, Aleksey İsayev, Marko Veşoviç, Nəriman Axundzadə
“Bodo Qlimt”: Haykin, Şevold, Nilsen, Byortuft, Byorkan, Evyen, Berq (k), Saltnes, Zinkernaqel, Mikkelsen, Xeyre
Ehtiyat heyət: Brennbo, Vembanqomo, Qunnersen, Euklenn, Espeyor, Brustad-Fed, Helmersen, Myattya, Serli, Tomiç, Serensen, Juqel