UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab açılıb.
“İki sahil” xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi hesabı açıb.
21-ci dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə adını tabloya yazdırıb.
***
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyunu start götürüb.
“İki sahil” xəbər verir ki, qarşılaşma Bude şəhərindəki "Aspmira" stadionunda keçirilir.
Matçı portuqaliyalı baş hakim Luiş Qodinyu idarə edir.