10 noyabr 2024 21:43
194

Peskov Trampın bəyanatlarında müsbət siqnallar olduğunu bildirib

“Donald Tramp prezidentlik kampaniyası zamanı Ukrayna münaqişəsini sülhə gətirmək istəyindən danışıb. Bu, onu indiki ABŞ administrasiyasının kursundan müsbət şəkildə fərqləndirir”.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva.Kreml.Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.

“Siqnallar müsbətdir. Tramp, seçki kampaniyası zamanı hər şeyi sövdələşmələr ilə dərk etdiyini söyləyib. O, sülhə gətirib çıxaracaq bir sövdələşmə edə bilər. Ən azından qarşıdurmadan yox, sülhdən danışır, Rusiyaya strateji məğlubiyyət vermək istəyindən danışmır və bu onu indiki administrasiyadan fərqləndirir. Bundan sonra nə olacağını söyləmək çətindir”, - deyə o bildirib.