11 noyabr 2024 02:45
212

Kanadanın baş naziri APEC və G20 sammitlərində iştirakını təsdiqləyib

Kanadanın baş naziri Castin Trüdo qarşıdan gələn İyirmilik Qrupu (G20) və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitlərində iştirakını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Trüdonun mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, Kanada hökumətinin başçısı bu platformalarda Yaxın Şərq və Ukraynadakı münaqişələri, həmçinin Haitidəki vəziyyəti müzakirə etməyi planlaşdırır.

G20 sammiti 18-19 noyabr tarixlərində Braziliyada keçiriləcək. APEC sammitinin rəsmi tarixləri isə 9-16 noyabr arası Peruda müəyyən edilib.