11 noyabr 2024 04:17
212

Orban: Trampın ABŞ seçkilərində qələbəsi Macarıstanın təcridinə son qoyub

“ABŞ prezident seçkilərində Respublikaçı Donald Trampın qələbəsi sayəsində Macarıstanın təcridinə son qoyulub”.

“İki sahil” xəbər verir ki, bu açıqlama ilə Macarıstanın baş naziri Viktor Orban çıxış edib.

O qeyd edib ki, indi Budapeşt tək deyil, “bütün Amerika” onun yanındadır. Macarıstanın Baş naziri həmçinin vurğulayıb ki, Trampın ABŞ seçkilərindəki qələbəsi Ukraynada sülhü “yeddi mil” yaxınlaşdırıb.

Siyasətçi qeyd edib ki, o, respublikaçı namizədin qələbəsinə əmin idi, çünki insanlar müharibədən, miqrasiyadan və genderdən yorulublar.