"COP29-un proqramı çox zəngindir."
Bunu “İki sahil”ə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutunun İnsanlarla iş üzrə şöbəsinin drektor müavini Ebru Canan Sokullu deyib.
Ebru Canan vurğulayıb ki, mötəbər tədbirin Azərbaycanda, xüsusilə Bakıda keçirilməsi isə çox mühüm hadisədir: "Çünki Azərbaycan bölgə üçün özə və əhəmiyyətli bir ölkədir və həm də beynəlxalq tədbirlərə ev sahibliyi baxımından kifayət qədər təcrübəsi var."