11 noyabr 2024 21:27
222

KİV: Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhətində problemlər yaranıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Xaçaturyanın ürəyində problem olduğu və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qeyd olunur ki, dövlət başçısının vəziyyəti bir neçə gün əvvəl pisləşib. Ölkənin səhiyyə naziri Anait Avanesyan artıq onu ziyarət edib.