12 noyabr 2024 23:52
206

Ekvadorda həbsxanada dava: 15 məhbus ölüb

Ekvadorda həbsxanada dəstə üzvləri arasında kütləvi dava baş verib.

“İki sahil”in məlumatına görə, baş vermis münaqişə nəticəsində, ilkin məlumata görə, 15 nəfər ölüb, 14 nəfər yaralanıb.

Ekvador mətbuatında çıxan xəbərlərə görə, hadisə Quayaquil şəhərindəki Penitenciaria del Litoral həbsxanasında baş verib.

Həbsxanalara cavabdeh olan dövlət qurumu SNAI-nin verdiyi açıqlamada polis və əsgərlərin həbsxanada baş verən hadisələrə nəzarət etmək üçün genişmiqyaslı əməliyyata başladığı bildirilib.

Ölkənin ən böyük həbsxanası kimi tanınan və təxminən 12 min məhbusun cəza çəkdiyi Penitenciaria del Litoral Ekvadordakı dəstə qarşıdurmalarının mərkəzlərindən biri kimi tanınır.

Bu ilin əvvəlində prezident Daniel Noboa dəstələrin törətdiyi zorakılıqlara görə həbsxanalarda təhlükəsizliyin əsgərlər tərəfindən təmin edilməsi barədə göstəriş verib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”