13 noyabr 2024 01:26
222

Qırğızıstanda dövlət çevrilişinin qarşısı alındı

Qırğızıstan Daxili İşlər Nazirliyinin əməkdaşları respublikada kütləvi iğtişaşlar törətməyi, sabitliyi pozmağı və hakimiyyəti zorakılıqla ələ keçirməyi planlaşdıran bir qrup şəxsi zərərsizləşdiriblər.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sözügdən qrupa təhlükəsizlik qüvvələrinin keçmiş üzvləri və döyüş təlimi keçən əcnəbi vətəndaşlar da daxildir.