Özbəkistanın “kun.uz” və “podrobno.uz” portalları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı barədə özbək və rus dillərində məqalələr yayıb.
Məqalələrdə bildirilir ki, bu mühüm dəmir yolu xəttinin açılması tarixi İpək Yolunun bərpası istiqamətində görülən işlərə çox qiymətli töhfədir.
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ticari-iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə, ölkələrimizin tranzit və iqtisadi potensialının əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaq, bütövlükdə regionun tərəqqisinə təkan verəcək. Genişmiqyaslı Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsinə çevriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun həm Mərkəzi Asiya ölkələri, həm də bütövlükdə qitə üçün əhəmiyyəti xüsusi qeyd edilməlidir. Bu dəmir yolu Çin ilə Avropa arasında ən qısa dəmir yolu dəhlizi yaratmağa imkan verəcək.