Hindistanın paytaxtı Dehlidə hava çirkliliyinə görə ibtidai məktəblər qeyri-müəyyən müddətə bağlanıb.
“İki sahil” xəbər verir ki, paytaxtın bütün ibtidai məktəblərində təhsil distant qaydada təşkil olunacaq.
Bildirilib ki, aşağı keyfiyyətli yanacaq, kənd təsərrüfatı ərazilərinin və tullantıların yandırılması, havaların soyuması Dehlinin havasında qatı tüstü yaradıb. 30 milyon insanın yaşadığı meqapolis qış mövsümündə ekologiyasına görə hər il ən aşağı reytinq əldə edir.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, pis hava hər il Dehlidə 12 minədək insanın ölümünə səbəb olur.
Türkiyədə aralarında hərbçilərin də olduğu 22 nəfər FETÖ ilə əlaqədə şübhəli bilinərək saxlanılıb
BMT: Süni intellektin inkişafı həddindən artıq muxtariyyətə malik silahların yaranmasına səbəb ola bilər