15 noyabr 2024 11:19
182

Azərbaycan COP29-a uğurla ev sahibliyi edir

BMT-nin İqlim Dəyişkliyi üzrə Çərcivə Konvensiyasının Tərəflər Konfransının 29 -cu sessiyası bu il Azərbaycanda keçirilir.

Bununla bağlı qərar COP 28 -in ötən ilin 11də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib  və onların öhdəsindən layiqincə gəlib. Lakin Prezident İlham Əliyevin də dediyi kimi COP29 bu vaxta qədər keçirilmiş  tədbirlərlə müqayisəyə  gəlmir. Bakı iki həftə dünyanın mərkəzi olacaq və şəhər təqribən 72min xarici qonaqı qarşılayıb.

COP nədir?

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaqməqsədi ilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir.

COP-un ingilis dilində tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının iclasına nəzarət edən ali orqandır.Üzv olan ölkələrin sayı 198 dir.Əgər tərəflərin fərqli qərarı olmazsa COP hər il keçirilir. COP-un ilk tədbiri 1995 -ci ilin martında Berlində baş tutub. Katibliyi Bonn şəhərində yerləşir.

COP29 konfransına ev sahibliyini Azərbaycan ücün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar.Bu missiyaya uyğun olaraq Azərbaycan Resbublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda  "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdi və dünyada hər kəs bir daha görəcək ki bizim gündəliymiz yaşıl enerji ilə bağlıdır. COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib  və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir.Azərbaycan bu tədbirə  Şərqi Avropa Qrupu ölkələri arasında yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir.

Nigar Abdullayeva,
64 nömrəli məktəbin Tarix müəllimi