18 noyabr 2024 11:40
249

“Bacarıqların artırılması” – panel müzakirə

COP29 çərçivəsində Yaşıl Zona “PAŞA Holding” tərəfindən “Bacarıqların artırılması” (Capacity building) mövzusunda tədbir təşkil edilib.

“PAŞA Bank”ın insan resursları üzrə baş direktoru Zibeydə Hacıyevanın moderatorluğu ilə keçirilən tədbirdə Milli Məclsin deputatı ADA universitetinin prorektoru Fariz İsmayılov, “Bockin-Dentons-Partnyor” Azərbaycan üzrə koordinatoru Ülviyyə Zeynalova, “Dünya Beynəlxalq Fondu”nun baş icraçı direktoru Kim Qabrielli, “AZAL”ın  insan resursları üzrə direktoru Ellada Alışova çıxış ediblər.

Bu panel müzakirəsində dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün fərdi və institusional bacarıqların artırılmasının əhəmiyyəti vurğulanıb.

Panel müzakirəsində ekoloji dayanıqlığı gücləndirmək üçün lazımi bilik və bacarıqların inkişaf etdirilməsi ilə bağlı müxtəlif yanaşmalar təqdim olunub.

Orxan Vahidoğlu, “İki sahil”