Ölkə üzrə pambıq tədarükü 150 min tonu ötüb

31 oktyabr 2017 19:10
506

Oktyabrın 31-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 150 min 948,99 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur. Belə ki, keçən il oktyabrın 31-dək pambıq qəbulu məntəqələri 44 min 83,30 ton məhsul tədarük etmişdi.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı (17220 hektar), İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.