20 noyabr 2024 12:34
160

ABŞ Ukraynaya 100 milyon dollar dəyərində hərbi texnika satışına icazə verib

Rusiya-Ukrayna müharibəsinin 1000-ci gününü keçdiyi bir vaxtda ABŞ Kiyev administrasiyasına 100 milyon dollarlıq hərbi texnika və xidmət satışına icazə verib.

“İki sahil” xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Qeyd edilib ki, satışın Ukraynanın təhlükəsizliyini gücləndirəcəyi qeyd edilib və bu məsələ ilə bağlı Konqresə məlumat verilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”