20 noyabr 2024 14:22
157

COP29-un təşkili yüksək səviyyədədir - Abdulkadir Uraloğlu

Türkiyədə emissiyaların azaldılması məqsədilə tədbirlər həyata keçirilir.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin infrastruktur və nəqliyyat naziri Abdulkadir Uraloğlu COP29 çərçivəsində media nümayəndələri ilə görüşdə deyib.

O, COP29-da infrastruktur və nəqliyyat sahəsində görülən işlər barədə müzakirələr apardığını söyləyib:

"COP29-da iqlim dəyişikliyindən bəhs edirik. Biz də infrastruktur və nəqliyyat sahəsində Türkiyədə və dünyada görülən işləri bölüşürük".

Nazir bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra belə bir böyük tədbirə ev sahibliyi edir:

"Tədbirin təşkili yüksək səviyyədədir. Belə bir təşkilatçılığa görə təşəkkür edirəm".

Yaqut Ağaşahqızı, “İki sahil”