Bu gün COP29 konfransının son günüdür. Biz inanırıq ki, su iqlimin təməl daşıdır. Bunu hər gün dünyanın müxtəlif bölgələrində müşahidə edirik. Su dövranı əsasən iqlim dəyişmələrinə görə də dəyişiklərə məruz qalır. Biz su mövzunu müxtəlif iqlim platformalarında müzakirə etməliyik, çünki su mövzusu iqlim məsələsi üçün olduqca zəruridir.
“İki sahil” xəbər verir ki, bunu COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi, Su ilə bağlı mərkəzin nümayəndəsi Kəmalə Hüseynli-Abışova “İqlim üçün Su: Su Həllərinin MMT-lərə və MTP-lərə inteqrasiyası. Biomüxtəliflik, Su və İqlim Əlaqəliliyi” mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada çıxışı zamanı deyib.
“Azərbaycanda su təhlükəsizliyi ilə bağlı çətinliklər barədə çox yaxşı məlumatlıyıq. Bildiyiniz kimi, Xəzər dənizin səviyyəsi getdikcə azalır və bu mövzu COP29 çərçivəsində də qaldırılıb. Düşündük ki, Azərbaycan COP29 sədri seçiləndə Xəzər dənizinin mövzusunu bu iqlim platformasında təqdim edib, rastlaşdığımız bu çətinliyin faydalana biləcəyimiz həll yollarını tapmalıyıq. Çoxları suyu problem kimi görür, halbuki su həmçinin bir həll yoludur və iqlim uyğunlaşmasının eləcə də iqlim dəyişmələrinin fəsadlarının yüngülləşməsinin bir parçasıdır. Məhz buna görə də biz bu gün COP tarixində ilk dəfə olaraq Su Bəyannaməsini qəbul edəcəyik. Biz bütün tərəfləri bu platfotmaya qoşulmağa çağırırıq”, - deyə Kəmalə Hüseynli-Abışova əlavə edib.