Adanada (Türkiyə) həbs cəzası dəqiqləşmiş 2 qaçaq jandarma əməliyyatı ilə tutulub.
“İki sahil” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edilib ki, Vilayət Jandarma Komandirliyi qrupları tərəfindən 39 il müddətinə azadlıqdan məhrum edilən H.K.-nın (60) Seyhan rayonunda, 11 il müddətinə azadlıqdan məhrum edilən C.Y.-nin isə Kozan rayonunda olduğunu müəyyən edib.
Komandaların əməliyyatı nəticəsində iki məhkum yaxalanıb.
Saxlanılan məhkumlar həbsxanaya göndəriliblər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”