22 noyabr 2024 14:40
97

Hakan Fidan fələstinli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstinin Baş naziri və xarici işlər naziri Məhəmməd Mustafa ilə telefonla danışıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, tərəflər Yaxın Şərqdəki, o cümlədən Qəzzadakı vəziyyəti müzakirə ediblər.